Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkədə səfərdə olan Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, görüşdə ötən həftə Tbilisidə keçirilmiş müzakirələrin davamı olaraq nəqliyyat və İKT sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
İki ölkə arasında əməkdaşlığın əsas komponentlərindən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə daşımaların həcminin daha da artırılması müzakirə olunub.
Eyni zamanda iki ölkə arasında tranzit potensialının inkişafının vacibliyi vurğulanıb
Bizim.Media