Ukraynada gedən müharibə səbəbilə ölkəni 4,8 milyona yaxın qaçqın tərk edib.
Bizim.Media xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bildirib.
Bildirilib ki, son sutka ərzində 56 421 nəfər Ukraynadan gedib.
Bu günədək Polşaya 2,7 milyondan çox, Rumıniyaya 726 857, Macarıstana isə 447 053 ukraynalı gedib.
Bizim.Media