Fatimə Mətanətin keçmiş gəlinini BİABIR ELƏDİ: “Sən kimsən axı?!” 

“Canana (red. Mətanət İsgəndərlinin keçmiş gəlini) yalnız reklama işləyir. Kiminsə qalmaqalında adımın hallanmasını istəmirəm. Mənə belə bir reklam lazım deyil. Öz işləridir, özləri bilər. Ad günü məclisinə mən Canananı çağırmamışdım. Orada mənim özəl qonağım Mətanət İsgəndərli idi. O söylədi ki, mən Canananı bura çağırmamışam. Belə olan təqdirdə, onun getməsini istədim. Burada heç bir qərəz yoxdur. Deyirlər ki, gərək Mətanətlə Cananı barışdırardın. Mən o davanı-qırığını onların arasına salmışam ki, onları da barışdırım? Çıxıb efirdə ağladı, Mətanəti söydü, biabır elədi. İndi də deyir ki, Mətanətlə barışmaq istəyirəm”.  

Bizim.Media xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva sosial media hesabında açdığı canlı yayımda dilə gətirib.   

Ötən həftə özünə təmtəraqlı ad günü məclisi quran Fatimə Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Cananı “ağ yuyub qara sərib”.

Qarşı tərəfi “dəvətsiz qonaq” adlandıran rəqqasə “qovulmaq” məsələsinin pərdəarxası məqamlarından söz açıb.   

“Sənə reklam lazımdırsa, mənim adımı çəkmə. Get, öz reklamınla məşğul ol. Mətanətlə sənin münasibətlərinin yaxşı olan vaxtında, ürəyin istəyən salonu alırdı, açırdı sənin üçün. Ürəyin nə istəyirdi, edirdi sənin üçün. Mətanət sənə bundan başqa daha nə etməli idi ki? Mən səni Mətanətə görə tanımışam. Həyasızcasına, hamıya acıq verərək ad günü məclisimə gəlmisən. Səni çağıran var idi, gəlib dava saldın məclisimə? 

Get işinlə məşğul ol. Mətanətlə barışmaq istəyirdinsə, gedib evində barışardın. Uşaqları götürəndə, gülü də qoltuğuna vurub, gedib barışardın. Uşaqsan, mənim adımı belə çəkməyə ixtiyarın yoxdur. Deyir ki, Fatimə başında tacla üstümə gəldi. Bəlkə o tacı taxanda səndən icazə almalı idim. Sən axı kimsən ki, mən səndən icazə alım. Sən axı kimsən ki, icazəsiz mənim məclisimə gəldin? Görərsiniz, birazdan Canana ya aparıcı, ya da müğənni olacaq. Çünki bu dəqiqə yaman özünü reklam edir. Amma məndən uzaq ol”.

Cananın “Mətanət icazə vermir uşaqlarımla görüşüm” iddialarını F.Fətəliyeva yalanlayıb.

“Canana deyir ki, Mətanətlə oğlu uşaqları ona vermirlər. Yalan danışırsan. Mətanətin atası rəhmətə gedəndə, baş sağlığı vermək üçün onlara getdim. Öz gözlərimlə şahid oldum ki, nə zaman istəyir, övladlarını gəlib götürür. Ona  heç kim qadağa qoymayıb. Mətanət oğlu Kərimə və uşaqlarına görə susur, danışmır”.  

Qeyd edək ki, Canana M.İsgəndərlinin oğlu Kərimlə ötən il rəsmi şəkildə boşanıb. 3 uşaq əvvəlcə ataya verilsə də, apellyasiya məhkəməsi uşaqları anaya qaytarıb.  

Hazırda isə Kərim Ali Məhkəməyə müraciət edib. Canana ötən həftələrdə canlı efirdə M. İsgəndərli ilə barışmaq istədiyini bildirsə də, qarşı tərəf onun bu addımı rədd edərək, heç bir barışığın olmayacağını açıqlayıb.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2 min illik mağaranı çörək ağacına çevirdi: Ayda 3 ton məhsul götürür – FOTO

2 min illik mağaranı çörək ağacına çevirdi: Ayda 3 ton məhsul götürür – FOTO

Türkiyənin oyunları bu tarixdə keçiriləcək

Türkiyənin oyunları bu tarixdə keçiriləcək

Elektron siqaret qadağası QÜVVƏYƏ MİNDİ

Elektron siqaret qadağası QÜVVƏYƏ MİNDİ

Hər gün müntəzəm qəhvə içmək ömrü iki il uzadır

Hər gün müntəzəm qəhvə içmək ömrü iki il uzadır

İtaliya millisi dünya çempionatından kənarda qaldı

İtaliya millisi dünya çempionatından kənarda qaldı

TDT-nin Baş katibi Azərbaycana gəldi

TDT-nin Baş katibi Azərbaycana gəldi

ŞAD XƏBƏR – Bu məhsullar UCUZLAŞACAQ

ŞAD XƏBƏR – Bu məhsullar UCUZLAŞACAQ

Rusiya təyyarəsi qəzaya uğradı - 29 ölü var

Rusiya təyyarəsi qəzaya uğradı - 29 ölü var

İrana qarşı hərbi əməliyyat nə vaxt başa çatır?

İrana qarşı hərbi əməliyyat nə vaxt başa çatır?

BİZİM TƏQVİM:Aprelin 1-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Aprelin 1-də baş vermiş tarixi hadisələr

Pike "Barselona" prezidentliyinə namizəd olacaq?

Pike "Barselona" prezidentliyinə namizəd olacaq?

Gədəbəydə QƏZA: Yaralananlar var

Gədəbəydə QƏZA: Yaralananlar var

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

End of content

No more pages to load

RADİO