Cari ilin aprel ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,7 faiz artaraq 683.231 təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 3,2 faiz artıb və 35.807 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 0,7 faiz artaraq 184.610 təşkil edib.
Bizim.Media