Mədəniyyət naziri Anar Kərimov bu gün Qubaya səfər edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əvvəlcə nazir və rayonun icra başçısı Ziyəddin Əliyev ümumilli lider Heydər Əliyevin Quba şəhərindəki abidəsini ziyarət edib, ehtiramlarını bildiriblər.
Sonra nazir Quba şəhərindəki tarixi mədəniyyət abidəsi kimi qorunan Ərdəbil, Cümə, Səkinəxanım məscidlərinə baş çəkib, binaların vəziyyəti ilə tanış olub.
Anar Kərimov səfər zamanı Quba rayonundakı bir sıra mədəniyyət müəssisələrində də olub.
Aytəkin Alxaslı, Bizim.Media