“Game of Thrones” (Taxt oyunları) serialında Ten Varq obrazını canlandıran aktyor Cozef Qatt həbs edilib.
Bizim.Media "NBC News"a istinadən xəbər verir ki, 47 yaşlı aktyor pedofiliyada şübhəli bilinib. Hazırda polis məsələ ilə bağlı araşdırmalarını davam etdirir.
Aktyor isə bütün ittihamları rədd edib.
Məlumata görə, aktyor həbs olunduqdan bir neçə saat sonra 5 min dollar girov müqabilində sərbəst buraxılıb.
Bizim.Media