Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç və Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan arasında növbəti görüşün yeri bilinib.
Bizim.Media xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində bildirib ki, üçüncü görüş də Vyanada keçiriləcək.
XİN başçısı görüşün vaxtını açıqlamayıb.
Qeyd edək ki, xüsusi nümayəndələri birinci görüşü Moskvada, ikinci görüş isə Vyanada keçirilib.
Bizim.Media