Fici Respublikasının hakimiyyət orqanları rusiyalı milyarder Süleyman Kərimova məxsus 106 metrlik “Amadea” yaxtasına həbs qoyub.
Bizim.Media xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən Fici FBC telekanalı məlumat yayıb. FBC-nin məlumatına görə, gəmi Ficinin eksklüziv iqtisadi zonasına hakimiyyət orqanlarının müvafiq icazəsi olmadan daxil olduğu üçün saxlanılıb.
Respublikanın mövcud qanunvericiliyinə əsasən, Fici limanlarına daxil olmaq üçün xarici gəmilər bir neçə dövlət idarə və xidmətlərindən icazə almalıdırlar.
İndi polis araşdırma aparır və yaxtanın ekipajı hələ də göyərtədədir: onlara sahilə çıxmağa icazə verilmir.
Bizim.Media