Azərbaycanda inflyasiyanın 2 SƏBƏBİ – Ölkə iqtisadiyyatının gələcəyi necə görünür?

İlin ilk üç ayının yekunlarına həsr edilən müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev verilən məlumatlara əsasən bildirib ki, son üç ayda ölkədə inflyasiya 18 faizə qalxıb: 

“Bu, əlbəttə ki, yüksək rəqəmdir. Amma onu da bilməliyik ki, bunun bir hissəsi idxal edilmiş inflyasiyadır. Çünki dünyada ərzaq məhsullarının və digər məhsulların qiymətinin artması, təbii ki, daxili qiymətlərə də təsir edir”. 

Bununla yanaşı, dövlət başçısı onu da qeyd edib ki, üç ayda əhalinin gəlirləri inflyasiyadan da yüksək olub: 

“Eyni zamanda, onu da bildirməliyəm ki, üç ayda əhalinin gəlirləri təxminən 20 faiz artıb və əgər biz inflyasiyanı əhalinin gəlirləri ilə müqayisə etsək, burada yenə də real gəlirlər artmış olur. Ancaq o demək deyil ki, biz buna laqeyd yanaşmalıyıq”. 

Prezident çıxışında antiinflyasiya tədbirlərinin görülməsi və gücləndirilməsinin zəruriliyini də vurğulayıb: 

“Əlbəttə ki, burada əsas məsələ süni qiymət artımının qarşısının alınmasıdır. Çünki belə hadisələrdə, belə geosiyasi vəziyyətdə bəzi natəmiz sahibkarlar bundan istifadə etməyə çalışırlar və heç bir əsas olmadan qiymətləri artırırlar. Buna xüsusi diqqət göstərilməlidir”. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bu il inflyasiya 3,8%-dək yavaşlayacaq – BMT-dən PROQNOZ


Prezidentin inflyasiya ilə bağlı fikirlərini Bizim.Media-ya şərh edən iqtisadçı ekspert Fuad İbrahimov bildirir ki, cari ilin üç ayında ölkəmizdə mövcud olan inflyasiyanın səviyyəsinin əsas dalğası keçən ildən yaranıb:

“Onun da bünövrəsi əsasən pandemiyadan qaynaqlanır. Bu bəladan qurtulmaq üçün dünya ölkələri fiskal və manitar siyasətdə daha çox yardımlara getdi. Onun nəticəsi olaraq proses mütləq şəkiıdə özü ilə inflyasiya dalğasını gətirməli idi. Digər tərəfdən, hazırda dünyada ərzaq məhsulları dinamik olaraq bahalaşır. Nəticə etibarı ilə bu amil də öz növbəsində inflyasiyanın sürətlənməsinə şərait yaradır. Azərbaycan müəyyən dərəcədə idxal məhsullarından asılı olduğundan sözügedən amilin inflyasiyada mühüm rolu oldu. Bundan başqa, inflyasiyaya müəyyən dərəcədə yerli istehsal inflyasiyası, keçən il yanacağın, kommunal xərclərin qiymətinin dəyişməsi də öz təsirini göstərib”. 

Bununla belə, ekspertə görə, son üç ayda prosesə Ukraynada cərəyan edən hadisələr də təsir göstərib: 

“2020-ci ildə Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 2,7 milyard, Ukrayna ilə isə 900 milyon dollar olub. Onun da əsas hissəsini idxal təşkil edib. Yaranmış vəziyyətdə bu ölkələrdən gətirilən məhsullarla bağlı yaşanan panika mühiti də inflyasiyaya təsir edib”. 

Bununla yanaşı, həmsöhbətimizin fikrincə, mövcud inflyasiya səviyyəsi əhalinin vəziyyətinin pisləşməsinə gətirib çıxarmayıb: 

“Prezidentin də vurğuladığı kimi ən vacibi odur ki, əhalinin maaş və müavinətlərinin qalxması inflyasiya təsirlərindən azad olub. Bu da dövlətimizin yürütdiyi uğurlu siyasətin nəticəsidir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Təqaüdçülərin pulunu ələ keçirən Lənkəran sakini SAXLANILDI - FOTO

Təqaüdçülərin pulunu ələ keçirən Lənkəran sakini SAXLANILDI - FOTO

Bakıda keçirilən beynəlxalq forum BAŞA ÇATDI

Bakıda keçirilən beynəlxalq forum BAŞA ÇATDI

İmişlidəki toyda zəhərlənənlərin sayı ARTDI

İmişlidəki toyda zəhərlənənlərin sayı ARTDI

“Qarabağ” - “Qəbələ” oyununun START HEYƏTLƏRİ

“Qarabağ” - “Qəbələ” oyununun START HEYƏTLƏRİ

Bakı küləyi məktəbin darvazasını uçurdu - VİDEO

Bakı küləyi məktəbin darvazasını uçurdu - VİDEO

Azərbaycan və Tacikistan arasında statistika sahəsində Anlaşma Memorandumu İMZALANDI - FOTO

Azərbaycan və Tacikistan arasında statistika sahəsində Anlaşma Memorandumu İMZALANDI - FOTO

Xaçmazda maşın çaya aşdı, 6 nəfər xəsarət aldı

Xaçmazda maşın çaya aşdı, 6 nəfər xəsarət aldı

Məkan Çimkənd, rəqib… - AFFA açıqladı

Məkan Çimkənd, rəqib… - AFFA açıqladı

Slovakiya parlamentində DƏYİŞİKLİK - Milli qanunvericilik Aİ qaydalarından üstün tutulacaq

Slovakiya parlamentində DƏYİŞİKLİK - Milli qanunvericilik Aİ qaydalarından üstün tutulacaq

Məhkəmə İrəvan Teatrının sabiq direktoru ilə bağlı QƏRAR VERDİ

Məhkəmə İrəvan Teatrının sabiq direktoru ilə bağlı QƏRAR VERDİ

Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Hərbi Prokurorluqda Hərbi İnstitutun kursantları ilə görüş KEÇİRİLDİ

Hərbi Prokurorluqda Hərbi İnstitutun kursantları ilə görüş KEÇİRİLDİ

“Sərvət mələyi” artıq yoldadır: Sentyabrın sonunda o, üç bürcə qızıl yağdıracaq

“Sərvət mələyi” artıq yoldadır: Sentyabrın sonunda o, üç bürcə qızıl yağdıracaq

Zelenski Trampdan yeni raketlər istəyib - KİV

Zelenski Trampdan yeni raketlər istəyib - KİV

Naxçıvandakı təqaüdçülərin NƏZƏRİNƏ

Naxçıvandakı təqaüdçülərin NƏZƏRİNƏ

DİQQƏT: Bakının bəzi yollarında tıxac var

DİQQƏT: Bakının bəzi yollarında tıxac var

“Fənərbağça” Tedeskonu da istefaya göndərir?

“Fənərbağça” Tedeskonu da istefaya göndərir?

Bakıda gecə klubunda dava, 16 yaşlı qız sevgilisini BIÇAQLANDI

Bakıda gecə klubunda dava, 16 yaşlı qız sevgilisini BIÇAQLANDI

Marketdə saxta alkoqollu içkilər AŞKARLANDI - FOTO

Marketdə saxta alkoqollu içkilər AŞKARLANDI - FOTO

“Sabah”ın futbolçusu əməliyyat olundu - FOTO

“Sabah”ın futbolçusu əməliyyat olundu - FOTO

Azyaşlı qızların TikTok marağı – Valideyn məsuliyyətsizliyi, yoxsa dövrün tələbi?

Azyaşlı qızların TikTok marağı – Valideyn məsuliyyətsizliyi, yoxsa dövrün tələbi?

İlham Əliyevin 22 il öncə BMT-də dediyi kimi...

İlham Əliyevin 22 il öncə BMT-də dediyi kimi...

Hava kəskin DƏYİŞİR – Bu qaydalara ciddi riayət EDİN!

Hava kəskin DƏYİŞİR – Bu qaydalara ciddi riayət EDİN!

Ödənişli təhsil alanların bəziləri pulsuz oxuya biləcək

Ödənişli təhsil alanların bəziləri pulsuz oxuya biləcək

End of content

No more pages to load

RADİO