Niderland 600 milyon avroya qədər Rusiya aktivini dondurub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyaya qarşı sanksiyalara əməl edilməsi və onların icrasına nəzarət üzrə niderlandlı koordinator Stef Blok bildirib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları hazırda aktivləri və əmlakı dondurulmalı olan Rusiyanın digər hüquqi və fiziki şəxslərinin olub-olmamasını araşdırır.
Bizim.Media