Xəbər verdiyimiz kimi, bu gün Ermənistan parlamentində çıxışı zamanı baş nazir Nikol Paşinyan Qarabağın Azərbaycanın tərkibində olacağına ehyam vurub. Bu isə İrəvan müxalifətində əsil panika yaradıb.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, “Hayastan” fraksiyasının üzvü Aqnessa Xamoyan bu mövzuya münasibət bildirib.
Onun sözlərinə görə, baş nazirin ictimaiyyətə çatdırmağa çalışdığı əsas şey bu (Qarabağın Azərbaycanın tərkibində olması) olub.
“Paşinyan başa düşməlidir ki, artıq getməlidir. O, hakimiyyətdə qalmaqla yeni müharibə gətirəcək və yeni problemlər yaradacaq”. Xamoyan yerevan.today nəşrinə müsahibəsində belə deyib.
Bizim.Media