2020-ci ildə Dağlıq Qarabağda gedən döyüşlər zamanı Ermənistan tərəfdən ümumilikdə 3825 nəfər həlak olub.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində respublikanın baş naziri Nikol Paşinyan bildirib.
“Bu günə qədər müharibə zamanı həlak olanların sayı 3825 nəfər təşkil edib, axtarışlar davam edir” – deyə Paşinyan qeyd edib.
O, parlamentdə bəyan edib ki, Ermənistan və Azərbaycan tezliklə sülh sazişi bağlamalıdır.
Bizim.Media