Rusiyanın məşhur azərbaycanlı video blogeri Hüseyn Həsənov artıq bir neçə gündür ki Bakının qonağıdır.
Bizim.Media xəbər verir ki, o, bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və onun övladları Əli və Mikayıl ilə görüşüb.
Bloger onlarla birlikdə Heydər Əliyev Mərkəzində sərgilənən klassik avtomobil sərgisinə baş çəkib.
Hüseyn Həsənov daha bir neçə gün Bakıda olacağını bildirib.
Rəşad Əliyev, Bizim.Media