Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi hərracda 12 nəqliyyat vasitəsi özəlləşdirilib.
Dövlət Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, dövlət əmlaklarına ümumilikdə 43 sifariş qəbul olunub.
Bu dəfəki hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya istehsalı avtomobillər olub. Onların istehsal tarixi 1986-2007-ci illəri əhatə edir.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (//bit.ly/3E3F0kH)
Bu ay daha 4 hərrac keçiriləcək. Hərraclara kiçik dövlət müəssisə və obyektləri, yarımçıq tikililər və nəqliyyat vasitələri çıxarılıb.
Bizim.Media