Sosial şəbəkədə Əməkdar artist Bəsti Sevdiyevanın yayılan fotosu izləyicilərin diqqətini çəkib. Onlar xanəndənin birdən-birə bu qədər arıqlamasını səhhətində yaranan problemlə əlaqələndiriblər.
Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı B.Sevdiyeva ilə əlaqə saxlayıb.
Sənətçi bir müddət əvvəl ayaqlarında əməliyyat keçirdiyini və hazırda səhhətində heç bir problem olmadığını açıqlayıb:
“Ayaqlarımda kök hüceyrə əməliyyatı keçirtdim. Sonra isə həkimim mənə arıqlamağı məsləhət gördü. Pəhriz saxlamağa başladım. 23 kilo çəki atmışam. Bu çəkini isə 3 il müddətində əldə etmişəm.
İdmanla məşğul olmuram, sadəcə yeməyimi azaltmışam. Bir sözlə sağlam arıqlamışam. Hazırda isə özümü çox yaxşı hiss edirəm”.
Rəşad Əliyev, Bizim.Media