Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 6-cı sanskia paketi üzərində işləyir.
Bizim.Media xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Aİ XİN Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib.
"Bu paketə neftlə bağlı seçim də daxil olacaq. Biz artıq konsensus üzərində işləyirik və ümid edirəm ki, bu dəfə razılıq əldə olunacaq.
Bizim niyə sanksiyalar tətbiq etdyimizin səbəbini bilmək üçün Kiyevə, Buçaya, İrpinə gedin, orada olanları öz gözlərinizlə görün" - deyə Landsberqis qeyd edib.
Bizim.Media