“Buçadakı qətliamda Rusiya ordusunun əli yoxdur” .
Bizim.Media xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov "SkyNews" telekanalının aparıcısı ilə söhbətində səsləndirib.
Aparıcı cavab olaraq ona rus zirehli avtomobilinin ekipajının velosiped sürən qadını necə güllələdiyini göstərib.
Peskov buna etiraz etməyə çalışıb və “Bu tank ruslara məxsusdur?” deyə soruşub.
SkyNews-un əməkdaşı ona zirehli maşında V hərfinin böyüdülmüş kadrlarını göstərib.
Bizim.Media