“Rusiya qoşunlarının əsas səyləri Mariupolun ələ keçirilməsinə, İzyum şəhəri ərazisinə hücuma və Donetsk istiqamətində Birləşmiş Qüvvələrin müdafiəsini yarmağa yönəlməkdə davam edir”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Belarus Silahlı Qüvvələri ölkənin bütün ərazisindəki poliqonlarda əməliyyat və döyüş hazırlığı keçirir.
Ukrayna-Belarus sərhədinin mühafizəsinin gücləndirilməsinə 4-ə qədər tabor taktiki qrupu cəlb olunub. Belarus ərazisindən Ukraynanın hərbi və mülki infrastrukturuna hava zərbələri endirilməsi ehtimalı hələ də qalır” – deyə məlumatda qeyd edilib.
Bildirilib ki, özəl hərbi şirkətin yeni bölmələrini yaratmaq məqsədilə Belarus ərazisindən qondarma “könüllülər” cəlb olunur.
Bizim.Media