Bir nəfər naməlum şəxs Moskva-Samara qatarında "Novaya qazeta” nəşrinin baş redaktoru, Nobel mükafatçısı Dmitri Muratovun üstünə qırmızı rəngli boya töküb.
Bizim.Media xəbər verir ki, bu barədə D.Muratov özü məlumat verib.
“Bir nəfər kupeyə daxil olaraq "Muratov, al, bizim oğlanların əvəzinə” deyərək üstümə qırmızı rəngdə boya tökdü” – deyə Nobel mükafatçısı qeyd edib.
Məlumat üçün bildirək ki, 2021-ci ildə “Nobel” sülh mükafatına layiq görülüb.
Bizim.Media

