Braziliyalı film prodüseri Azərbaycan kinosu haqqında nələri dedi? – Özəl MÜSAHİBƏ 

Bakıda təşkil olunan Braziliya Film Festivalı çərçivəsində braziliyalı film prodüseri xanım Fernanda Bulhoes Bizim.Media-ya özəl müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Mən Braziliyada mədəniyyət prodüseri olaraq çalışıram. Azərbaycandan öncə  Çin, Portuqaliya, Qazaxıstan, Peru da daxil olmaqla bir çox ölkədə Braziliya Film Festivalı keçirtmişəm.

Bu filmlər dünya festivallarında qalib olmuş, Blokbaster, Netflix kimi şəbəkələrdə satın alınan filmlərdir. Fimlərdə demək olar ki, kameraman işindən ekran dramaturgiyasına kimi bütün kriteriyaları bir-bir izləyib dəyərləndirmə aparıram və ondan sonra film haqqında qərara gəlirəm.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda Braziliya Film Festivalı başa çatdı


- Festivallarda yayınlanmaq üçün filmlərdə daha hansı keyfiyyətlər vacibdir? 

- Söylədiyim kimi, bunlar ən yaxşı ekran və aktyor işinə görə nominasiya qazanmış filmlərdir. Festival Azərbaycanda ilk dəfə keçirildiyi üçün 4 bədii və 1 sənədli film gətirmişdim. Bu filmlərdə siz çoxlu musiqi eşidə bildiniz. Bu o demək deyil ki, onlar muzikl janrında çəkilmiş filmlərdir sadəcə olaraq orda səslənən musiqilər Braziliya mədəniyyətinin ayrılmaz hissəsidir və kütləyə tanış olan musiqilərdir.

Həmçinin onu əlavə edərdim ki, bu festival zamanı mən Azərbaycanlıların film zövqünə bələd olmağa çalışdım ki, gələcək festivallarda bunu nəzərə alım.

- Azərbaycanlıların film zövqünə toxundunuz. Bəs siz özünüz hansı Azərbaycan filmlərini izləmisiniz?

- Mənim doğma şəhərim olan San Pauloda 2016-cı ildə keçirilən Beynəlxalq Film Festivalı zamanı bir Azərbaycanın filmi izlədim. Mən o filmi çox bəyəndim. Xüsusilə də, filmin ekran həlli mənə zövq verdi. Film ailədaxili konflliktdən bəhs edirdi. Kişi öz ailəsi və qeyri-rəsmi görüşdüyü xanım arasında seçim etmək məcburiyyətində qalmışdı və onun yeniyetmə oğlu buna çox aqressiv yanaşırdı. Çoxlu gözəl su və qayıq təsvirləri var idi. Filmin adı demək olar dilimin ucundadır, amma tam olaraq xatırlaya bilmirəm.

- O zaman mən sizə kömək etməyə çalışaram. Təxminən filmin adı “Axınla üzü aşağı” deyildi ki?

- Bəli indi xatırladım. Filmin adı məhz bu idi.(Gülür) Düzü, həmən festival müddətində 50-100-ə  yaxın filmə baxdığım üçün onların hamısının adlarını yadda saxlamaq mənim üçün çətin idi.

- Nə üçün Bakıdakı ilk film festivalınıza Braziliyalı film ulduzlarını da gətirmədiniz?

- Hazırda davam edən Kovid pandemiyası ilə əlaqədar bunu edə bilmədik, amma gələcəkdə onların da Bakıya gəlməsini təşkil etməyi planlaşdırırıq. Gələn il eyni vaxtda məhz Novruzdan sonra təşkil edəcəyimiz Bakı Film Festivalında Braziliyalı rejissorları və aktyorları da Azərbaycana gətirəcəyik.

- Azərbaycanlı kütlədə, eləcə də film sevərlərdə son dövrlərdə Braziliyada istehsal olunan filmlər haqqında çox az məlumat var. Bunlar haqqında gələcəkdə Azərbaycan dilində vəsaitlər yayımlamaq istərdinizmi?

 -Mənə çox yaxşı bir ideya verdiniz. Düşünürəm ki gələcəkdə bunu etsək, çox yaxşı nəticələr əldə etmək imkanımız olar. Çünki festival zamanı yalnız müəyyən bir qism filmlər nümayiş olunur və bitdikdən sonra iştirakçıların əlində Azərbaycan dilində kiçik braşürlər və ya məlumat kitabçaları qalsa, nə vaxtsa onlara baxanda  Braziliya filmlərini xatırlayacaqlar.

- Gələn ilki festivalla bağlı başqa hansı ideyalarınız var?

- Gələn ilki festivalda 10 Braziliya fimi iştirak edəcək. Bu il Bakıdakı ekspermentlərimizin nəticələri də nəzərə alınacaq. Belə ki, biz hər gün film nümayişindən sonra izləyicilər arasında gizli sorğu keçirirdik. Sorğu nəticəsində hansı filmlərin bəyənilib və ya bəyənilməməsi ilə tanış olurduq.

- İlk dəfədir ki Azərbaycanda idiniz? Ölkəmiz sizdə hansı təssüratları yaratdı?

- Bəli, ilk dəfə idi ki, Azərbaycana gəldim. Buranın gözəlliyinə heyran oldum. Azərbaycandakı insanlar çox xoşbəxt və mehriban görünürlər.

Bu mənə öz ölkəmin insanlarını xatırlatdı. Bizim insanların da üzlərində adətən gülüş olur. İnsanların əksəriyyəti ingiliscə danışa bilirdilər və mənə yaxınlaşaraq öz fikirlərini ifadə etmələri məni ziyadəsindən artıq məmnun etdi. Azərbaycan insanları çox ağıllı görünürlər.
Ölkənizdəki mühit və atmosfer məndə inanılmaz dərəcədə xoş təəssüratlar yaratdı. Deyərdim ki, buradakı insanlar mənim daha öncə film festivalı təşkil etdiyim ölkələrdəki insanlardan daha təbii və daha üstündürlər. 

Leyla Şah, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev: “Son 5 ilin tarixi Zəfər tarixidir”

İlham Əliyev: “Son 5 ilin tarixi Zəfər tarixidir”

TƏBİB-dən xəstəxananın həyətində aşkarlanan döl barədə AÇIQLAMA

TƏBİB-dən xəstəxananın həyətində aşkarlanan döl barədə AÇIQLAMA

Azərbaycan klubu yeni legionerlə müqavilə imzaladı

Azərbaycan klubu yeni legionerlə müqavilə imzaladı

Rusiya ilə müharibənin bir günü Ukraynaya neçəyə başa gəlir?

Rusiya ilə müharibənin bir günü Ukraynaya neçəyə başa gəlir?

QADAĞA: 16 yaşından kiçiklər sosial şəbəkələrə girə bilməyəcək

QADAĞA: 16 yaşından kiçiklər sosial şəbəkələrə girə bilməyəcək

Dohada ərəb və İslam ölkələrinin görüşü keçirilir

Dohada ərəb və İslam ölkələrinin görüşü keçirilir

İslama görə neçə gün YAS SAXLAMAQ lazımdır?

İslama görə neçə gün YAS SAXLAMAQ lazımdır?

“Benfika”-“Qarabağ” matçının hakimləri açıqlandı

“Benfika”-“Qarabağ” matçının hakimləri açıqlandı

Sumqayıtda xəstəxana həyətindən 8 aylıq insan dölü tapıldı

Sumqayıtda xəstəxana həyətindən 8 aylıq insan dölü tapıldı

Gəncədə qardaş qardaşı BIÇAQLADI

Gəncədə qardaş qardaşı BIÇAQLADI

AFFA rəsmisi “Bavariya” – “Çelsi” oyununa təyinat aldı

AFFA rəsmisi “Bavariya” – “Çelsi” oyununa təyinat aldı

Bu ərazilərə intensiv yağış yağır - FAKTİKİ HAVA

Bu ərazilərə intensiv yağış yağır - FAKTİKİ HAVA

İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında -FOTO

İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında -FOTO

SON DƏQİQƏ: Xankəndidə erməni polis əməkdaşlarına avtomatdan atəş açdı - YARALI VAR

SON DƏQİQƏ: Xankəndidə erməni polis əməkdaşlarına avtomatdan atəş açdı - YARALI VAR

Qəzzada ölənlərin sayı 64 871 nəfərə çatdı

Qəzzada ölənlərin sayı 64 871 nəfərə çatdı

Hindistanda zəlzələ oldu

Hindistanda zəlzələ oldu

13 yaşı var, "Barselona"da debüt etdi - Boyu 2.10 santimetrdir

13 yaşı var, "Barselona"da debüt etdi - Boyu 2.10 santimetrdir

Türkiyədə silah zavodu YANIR

Türkiyədə silah zavodu YANIR

Kimya müəllimi dərsdə çətin anlar yaşadı - VİDEO

Kimya müəllimi dərsdə çətin anlar yaşadı - VİDEO

Prezident Xocalı rayonunun Şuşakənd kəndində - FOTO

Prezident Xocalı rayonunun Şuşakənd kəndində - FOTO

Yeni tədris ili başlayır: Tələbə yataqxanalarında yerlər var?

Yeni tədris ili başlayır: Tələbə yataqxanalarında yerlər var?

Babək rayonunun bu ərazilərində 4 gün işıq olmayacaq

Babək rayonunun bu ərazilərində 4 gün işıq olmayacaq

Sel Zaqatalada körpünü qəzalı vəziyyətə saldı- VİDEO

Sel Zaqatalada körpünü qəzalı vəziyyətə saldı- VİDEO

İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşdü - FOTO

İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşdü - FOTO

End of content

No more pages to load

RADİO