Ümumrusiya Voleybol Federasiyası (VFV) İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun baş katibi Aleksandr Yaremenko TASS-a açıqlama verib.
O bildirib ki, VFV ləğv olunmuş dünya çempionatına görə 80 milyon ABŞ dolları məbləğində təzminat tələb edib.
Qeyd edək ki, martın 1-də Beynəlxalq Voleybol Federasiyası Ukraynaya hərbi müdaxilə ilə əlaqədar 2022-ci il dünya çempionatını Rusiyada keçirməkdən imtina qərarı qəbul edib.
Bizim.Media