ÜST Azərbaycana bu avadanlıqları göndərdi – SİYAHI

7 aprel - Ümumdünya Sağlamlıq Günündə Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən həyata keçirilən "COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək" layihəsi çərçivəsində ÜST-nin Azərbaycan Nümayəndəliyi avadanlıqların təhvil-təslim mərasimini təşkil edib.

Bizim.Media xəbər verir ki, ənənəvi Avropa İmmunlaşdırma Həftəsi ərəfəsində təşkil edilmiş tədbirdə Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Dr. Nadir Zeynalov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Dr. Vüqar Qurbanov, ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Dr. Hande Harmancı, Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko və yerli səhiyyə tərəfdaşları iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI:

ÜST: Dünyada koronavirusdan ölənlərin sayı 43 faiz artıb 


​​​​​​​Tədbirdə COVID-19 pandemiyası ilə mübarizədə sözügedən layihə çərçivəsində görülmüş işlər və əldə edilmiş əsas nailiyyətlər qeyd edilib.

Ölkədə həm COVID-19, həm də rutin peyvəndlərin saxlanması üçün soyuq zəncir sisteminin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzlərinə hər biri 145 litr peyvənd tutumuna malik 100 peyvənd soyuducusu, TƏBİB-ə isə hər biri 98 litr peyvənd tutumuna malik 200 peyvənd soyuducusu təhvil verilib.

ÜST tərəfindən kvalifikasiya olunmuş bütün soyuducular enerji stabilizatoru və 30 günlük temperatur monitorinqini təmin edən cihazla təchiz edilib.

Peyvənd soyuducularından əlavə, yerli səhiyyə tərəfdaşlarına səyyar immunlaşdırma kampaniyalarında istifadə məqsədilə xüsusi dizayn edilmiş 122 portativ peyvənd daşıyıcısı, həmçinin rəqəmsallaşma və nəzarət mexanizminin gücləndirilməsi məqsədilə 102 kompüter, 79 printer və 79 enerji qaynağı cihazı (UPS) təqdim edilib.

Qeyd edək ki, peyvəndlərin təhlükəsiz şəraitdə saxlanması və daşınmasının təmin edilməsi məqsədilə "COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək" layihəsi çərçivəsində əlavə avadanlıq və cihazların təhvil-təslimi planlaşdırılır.

Bu məqsədlə, aprel ayının sonlarında ÜST-nin Azərbaycan Nümayəndəliyi tərəfindən daha 500 peyvənd daşıyıcısı TƏBİB-ə təhvil veriləcək.

Təhvil verilmiş avadanlıqlardan düzgün istifadənin təmin edilməsi məqsədilə yerli tibb müəssisələrinin əməkdaşları üçün müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulur.

Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə və rutin immunlaşdırma proqramlarının gücləndirilməsi məqsədilə ÜST-nin Azərbaycandakı Nümayəndəliyi 2021-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə üç illik "COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək" layihəsini həyata keçirməyə başlayıb.
Bu layihə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün azadlığına qovuşan qadın məhkumlar – FOTOLAR

Bu gün azadlığına qovuşan qadın məhkumlar – FOTOLAR

DYP bir daha piyadalara MÜRACİƏT ETDİ

DYP bir daha piyadalara MÜRACİƏT ETDİ

“BakuBus”onlarla avtobusu niyə qarajda saxlayır? – VİDEO

“BakuBus”onlarla avtobusu niyə qarajda saxlayır? – VİDEO

Fars körfəzinə DOĞRU

Fars körfəzinə DOĞRU

Bakıda FACİƏ: 16 və 17 yaşlı bacı-qardaş dəm qazından öldü

Bakıda FACİƏ: 16 və 17 yaşlı bacı-qardaş dəm qazından öldü

Türkiyə parlamentində dava – ANBAAN VİDEO

Türkiyə parlamentində dava – ANBAAN VİDEO

Canavar hücumuna məruz qalan şəxslərin SON DURUMU

Canavar hücumuna məruz qalan şəxslərin SON DURUMU

Aysun polisə şikayət etdi - VİDEO

Aysun polisə şikayət etdi - VİDEO

Eldar Mahmudovun bir neçə gün əvvəl vəzifəyə təyin edilən qohumu işdən ÇIXARILDI

Eldar Mahmudovun bir neçə gün əvvəl vəzifəyə təyin edilən qohumu işdən ÇIXARILDI

Xaçmazın bəzi ərazilərində işıq olmayacaq

Xaçmazın bəzi ərazilərində işıq olmayacaq

SON DƏQİQƏ! Siqaret satışı MƏHDUDLAŞDIRILDI – Qiymətlər kəskin YÜKSƏLDİ

SON DƏQİQƏ! Siqaret satışı MƏHDUDLAŞDIRILDI – Qiymətlər kəskin YÜKSƏLDİ

Paytaxt yollarında yeni işıqforlar – VİDEO

Paytaxt yollarında yeni işıqforlar – VİDEO

Lotereya biletləri satan şəxsi bıçaqladı - Məhkəmə zalında həbs edildi

Lotereya biletləri satan şəxsi bıçaqladı - Məhkəmə zalında həbs edildi

İdarə rəisinin öldüyü qəzadan görüntülər – VİDEO

İdarə rəisinin öldüyü qəzadan görüntülər – VİDEO

Naxçıvanda xanımı ilə birgə dəm qazından ölən Altay hərbçi imiş - FOTO

Naxçıvanda xanımı ilə birgə dəm qazından ölən Altay hərbçi imiş - FOTO

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Bakıda ucuz qiymətə qəribə formalı ət satışa çıxarıldı – VİDEO

Bakıda ucuz qiymətə qəribə formalı ət satışa çıxarıldı – VİDEO

Nazirlikdən mövsümi xəstəliklərlə bağlı əhaliyə MÜRACİƏT

Nazirlikdən mövsümi xəstəliklərlə bağlı əhaliyə MÜRACİƏT

Mingəçevirdə 36 yaşlı kişi bıçaqlandı – TUTULAN VAR

Mingəçevirdə 36 yaşlı kişi bıçaqlandı – TUTULAN VAR

Ağdərə sakinlərinin NƏZƏRİNƏ: Təşvişə düşməyin

Ağdərə sakinlərinin NƏZƏRİNƏ: Təşvişə düşməyin

Məhkəmə "Kürd Amo"nu öldürən şəxslə bağlı hökmü dəyişdirdi

Məhkəmə "Kürd Amo"nu öldürən şəxslə bağlı hökmü dəyişdirdi

İlin son oyununda "Sabah" "Sumqayıt"ın qonağı olacaq

İlin son oyununda "Sabah" "Sumqayıt"ın qonağı olacaq

MƏZƏNNƏ: Avro bahalaşdı, rus rublu ucuzlaşdı

MƏZƏNNƏ: Avro bahalaşdı, rus rublu ucuzlaşdı

Qubada maşın qadın piyadanı vuraraq ÖLDÜRDÜ

Qubada maşın qadın piyadanı vuraraq ÖLDÜRDÜ

End of content

No more pages to load

RADİO