“İstəmirəm mənim tamaşaçımda elə bir fikir yaransın ki, mən bu dünyaya övlad gətirmək, ana olmaq üçün gəlmişəm”.
Bizim.Media xəbər verir ki, bunu müğənni Elnarə Xəlilova “Üzə düz” verilişində deyib.
“Xeyr, heç də elə deyil! Ana olmağımla fəxr edirəm. Bəli, ilk missiyam, qadın olmaq, övlad dünyaya gətirmək idi.
Amma sənətimdə heç bir fasilə yoxdur. Elnarə, heç vaxt öz sürətini dayandırmayıb. Öz həmkarlarım, yaşıdlarımdan fərqli olaraq ali təhsilli xanəndəyəm. Milli Konservatoriyanın tələbəsi olmuşam, iki universitet bitirmişəm” – deyə Xəlilova qeyd edib.
Bizim.Media