Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, eləcə də Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Bizim.Media