İspaniya Rusiyanın 25 diplomatını ölkədən çıxarmaq barədə qərar qəbul edib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İspaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, İsveç Rusiyanın 3, Danimarka 15, İtaliya isə 30 diplomatını persona non-qrata elan edib.
Qeyd edək ki, əvvəllər də digər Avropa ölkələri oxşar addımlar atmışdı.
Bizim.Media