Bakıda “Location” adlı gecə klubunda baş verən partlayışda yaralanan bloqer Aysel Şükürovanın son görüntüsü yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ayselin dünən ad gününə getdiyi Raul öz “Instagram” hesabında paylaşıb.
O, qeyd edib ki, Aysel əməliyyat olunub.
Xatırladaq ki, 3 apreldə baş verən hadisə nəticəsində 1 nəfər ölüb, 37 nəfər yaralanıb. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib, 3 nəfər həbs edilib.
Bizim.Media