Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı İliya Darçiaşvili arasında telefonla danışıb.
Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Ceyhun Bayramov Gürcüstanın yeni Xarici İşlər nazirini təbrik edib və və ona yeni vəzifəsində uğurlar arzulayıb.
Tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərin inkişafına dair fikir mübadiləsi aparıb və gələcəkdə bu əlaqələrin daha da inkişafına dair əminlik ifadə ediblər.
Bizim.Media