Avropa Rusiyanın enerji sektoruna qarşı sanksiya tətbiq etməyi planlaşdırmır.
Bizim.Media xəbər verir ki, bu barədə iqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Gentiloni bildirib.
O, aydınlaşdırıb ki, Avropa Komissiyası Moskvaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlər üzərində işləyir, lakin bunlara enerji sektoru daxil deyil.
"İlk növbədə, biz bu sanksiyalardan yan keçmək imkanlarını məhdudlaşdırmağa çalışırıq".
Bizim.Media