Latviyanın “Latvijas Gāze” şirkəti Rusiya qazının pulunu rublla ödəmək imkanını nəzərdən keçirir.
Bizim.Media Ria Novosti-yə istinadən xəbər verir ki, bu barədə təşkilat bəyanat yayıb.
“İlkin təəssürata görə, Rusiya rublu ilə hesablaşma proseduru rəsmi olaraq sanksiyalar rejimini pozmur və bu mümkündür”, - deyə bəyanatda qeyd edilib.
Təşkilat əlavə edib ki, hazırda yeni ödəniş üsulunun hüquqi bazası formalaşdırılır.
Bizim.Media