''Biz Türkiyənin seçdiyi peyvəndə inanırıq və Türkiyənin aldığı peyvəndi almağa qərar verdik''.
Bizim.Media ''Anadolu'' agentliyinə istinadla xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, artıq məsələ ilə bağlı müqavilə imzalanıb.
Qeyd edək ki, Türkiyə Çin istehsalı olan “Sinovac” peyvəndini tətbiq edəcək. Vaksin dekabrın 30-da İstanbula, 31-də isə Ankaraya çatdırılacaq.
Bizim.Media