Ermənistanın paytaxtı İrəvanda silahlı insident baş verib.
Bizim.Media "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu gün günorta saatlarında baş vermiş hadisə nəticəsində güllə yarası almış 43 və 35 yaşlı 2 nəfər xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları insidenti törətməkdə şübhəli bilinən şəxsin kimliyini müəyyən edib.
Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.
Bizim.Media