Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərin suallarını cavablandırarkən Brüsseldə keçiriləcək üçtərəfli görüşdən danışıb.
Bizim.Media xəbər verir ki, XİN rəhbəri Azərbaycanın hər zaman danışıqlara hazır olduğunu bildirib:
"Bu, Ermənistanla Azərbaycan arasında münaqişənin həllini bir daha müzakirə etmək üçün yaxşı fürsətdir. Ölkəmizin bu məsələyə münasibəti hər kəsə məlumdur. Ermənistanın da öz mövqeyini bildirmək şansı olacaq", - C.Bayramov bildirib.
Xatırladaq ki, aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Aİ Şurasının rəhbəri Şarl Mişel arasında Brüsseldə görüş keçiriləcək.
Bizim.Media