"İtaliya Qarabağdakı bərpa işlərində iştirak edən ilk tərəfdaş ölkə olub".
Bizim.Media xəbər verir ki, bunu bunu xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində “Azərbaycan-İtaliya: çoxşaxəli strateji tərəfdaşlığa gedən yol” adlı konfransda çıxışında bildirib.
O, Azərbaycan-İtaliya əlaqələrin Prezident İlham Əliyevin 2020-ci ildə bu ölkəyə səfərindən sonra daha da möhkəmləndiyini vurğulayıb.
"Ölkələrimiz arasında təhsil, humanitar, ticarət və digər sahələrdə əlaqələr inkişaf edir.
Azərbaycan və İtaliya TAP layihəsinin işə salınması sayəsində enerji sektorunda da tərəfdaşlıq əlaqələrini gücləndirib", - deyə C.Bayramov əlavə edib.
Bizim.Media