Bu gün Azərbaycan və Yunanıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur.
Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “Twitter“ səhifəsində paylaşım edib.
“Bu gün Azərbaycan və Yunanıstan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümüdür. Bu münasibətlə Yunanıstan Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı göndəririk. Azərbaycanla Yunanıstan arasında əməkdaşlığın daha da inkişafını gözləyirik”, - paylaşımda qeyd olunub.
Bizim.Media