“Ümid” yatağından indiyə qədər hasil olunan qaz və kondensatın həcmi açıqlanıb.
SOCAR-dan Bizim.Media-ya verilən məlumata görə, 1 mart 2022-ci il tarixinə kimi yataqdan 5,4 milyard kubmetr təbii qaz və 856,1 min ton kondensat hasil edilib. Qeyd edək ki, “Ümid” qaz və
kondensat yatağı Azərbaycanın müstəqilliyi dövründə SOCAR-ın geoloqları tərəfindən kəşf edilmiş ilk yataqdır.
Bizim.Media