“Survivor All Star” yarışmasında iştirak edən Pərviz Abdullayev (Kobra Pərviz) göz yaşlarını saxlaya bilməyib.
Bizim.Media xəbər verir ki, buna idmançımızın xanımı Səbinə Abdullayeva və oğulları Oğuzxanla Yusifin fotosunu görməsi səbəb olub.
“Səni ekranda görəndə çox sevinirik. Yusiflə Oğuzxan sənin üçün darıxıblar. Oğuz səni necə həyəcanla izləyir, bir biləsən. Yusif deyir, “atam uduzmasın, çox üzülər o zaman”. Səni çox sevirik və çox öpürük”.,- deyə S. Abdullayevanın yazdığı mesajda qeyd olunub.
Bizim.Media