“Azərbaycan hökumətinin əsas məqsədi vətəndaşların öz doğma yurdlarına təhlükəsiz şəkildə qayıtmasıdır. Bu qayıdışın hansı müddətdə baş verməsi ərazilərin minalardan təmizlənməsindən asılıdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri” mövzusunda konfransda çıxışı zamanı söyləyib.
H.Hacıyev bildirib ki, işğaldan azad olunmuş ərazilərdə indiyədək 30-dan çox şəxs minaya düşərək həlak olub.
Bizim.Media