Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,82 ABŞ dolları, yaxud 4,11 % azalaraq 112,33 ABŞ dollarına düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Bizim.Media