2021-ci ildən ölkədə ehtiyac meyarının həddinin orta hesabla 6,3 faiz artımı və ya 160 manatdan 170 manata çatdırılması nəzərdə tutulub.
Bizim.Media-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirə edilən “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
Bizim.Media