Sumqayıt Dövlət Dram Teatrı yeni tamaşanın premyerasına hazırlaşır.
Bizim.Media xəbər verir ki, dahi mütəfəkkir, şair Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə hazırlanan tamaşa “Xəzinə” adlanır.
Tamaşanın rejissoru Xalq artisti, Teatrın baş rejissoru Firudin Məhərrəmlidir.
Tamaşada Nizami Gəncəvinin “Xəmsə” si əsasında, beş süjet xəttinin birləşməsindən bəhs olunur.
Xalq artisti Firudin Məhərrəmli tamaşanın daxili və ictimai baxışının keçirildiyini, aprelin 9-10-da isə premyerasının olacağını bildirib.
Ülviyyə Həsənqızı, Bizim.Media