Ukrayna Prokurorluğu Rusiya hərbçilərinə qarşı artıq 3457 cinayət işi açıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak açıqlama verib.
"Rusiya hərbçilərinə qarşı “müharibə qaydalarının və prinsiplərinin pozulması" maddəsi ilə cinayət işləri açmışıq. Rusiya hərbçilərinin dinc vətəndaşların öldürülməsi, zorakılıq, uşaqlara qarşı zorakılıq və əsir düşənlərə qarşı işgəncə vermələri barədə faktlar var və toplanmaqda davam edir” – deyə Podolyak qeyd edib.
Bizim.Media