“Bu il Azərbaycan iqtisadiyyatı 5% artacaq”.
Bizim.Media xəbər verir ki, bu proqnozu Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) verib.
Mənbə qeyd edir ki, bu da ötən ilin noyabr ayında verilən proqnozla müqayisədə 1,8 faiz çoxdur: “2023-cü il üçün isə 2,5%-lik artım vəd edilir”.
AYİB-ə görə, Azərbaycan iqtisadiyyatı artan neft qiymətlərindən və Avropa ölkələrinin alternativ neft və qaz tədarükçülərinə keçməsindən faydalana bilər.
Bizim.Media