Nazir: “Azərbaycan “yaşıl enerji” ilə bağlı hədəflərini reallaşdıran azsaylı ölkələrdəndir”

Energetika naziri Pərviz Şahbazov “8-ci Berlin Enerji Keçidi Dialoqu” konfransı çərçivəsində “Ədalətli və sosial enerji keçidinə təkan verən amillər” mövzusunda keçirilən panel müzakirələrində çıxış edib.  

Bizim.Media xəbər verir ki, nazir ədalətli enerji keçidi, enerji təchizatı ilə bağlı misli görünməmiş qeyri-müəyyənliklər şəraitində dekarbonizasiya ilə müqayisədə aktuallaşan enerji təhlükəsizliyi, eləcə də Azərbaycanın enerji müstəqilliyini təmin edən amillər və bərpa olunan enerji kursu ilə bağlı fikirlərini bölüşüb.  

Nazir deyib ki, Azərbaycan enerji sahəsində xarici təchizatçılardan asılılığı və enerji təhlükəsizliyində heç bir problemi olmayan ölkədir.

Üstəlik həm neft-qaz, həm də elektrik enerjisi ixracatı bu gün region ölkələri ilə yanaşı Avropa ölkələrinin də enerji təhlükəsizliyinə töhfə verir:  

“Enerji müstəqilliyimiz, enerjiyə ehtiyacın daxili imkanlar hesabına təmin edilməsi bizim gücümüzdür, üstünlüyümüzdür. Bu, bizə imkan verir ki, enerji təhlükəsizliyindən dekarbonizasiyaya doğru addımlayaq. Enerji balansımızda yaşıl enerjinin payını daha da artıraq. Biz hazırda etibarlı tərəfdaş rolumuzu davam etdirir, həm də bərpa olunan enerji mənbələrindən geniş istifadə üzrə planlarımızı icra edirik. Deyə bilərik ki, hazırki kataklizmlər dövründə Azərbaycan yaşıl enerji ilə bağlı hədəflərini problemsiz və fasiləsiz reallaşdıran azsaylı ölkələrdəndir.” 

Müzakirələrdə TAP layihəsinin avropalı istehlakçıların enerji ilə sabit təchizatında  töhfələrinə də toxunulub.  

Qeyd edək ki, panel müzakirələrində  Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas, Avstriyanın iqlim fəaliyyəti, ətraf mühit, enerji, mobillik, innovasiya və texnologiya üzrə federal naziri Leonore Gevessler, Fransanın ekoloji keçid məsələləri üzrə naziri Barbara Pompili, Şri-Lankanın Energetika Nazirliyinin  katibi K.D.R. Olga və  “Bakulu Power “şirkətinin baş icraçı direktoru Lucia Bakulumpagi-Vamala iştirak edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu qidalar qəbizlikdən xilas edir - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Bu qidalar qəbizlikdən xilas edir - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Rüfət oynadı, komandası qalib gəldi

Rüfət oynadı, komandası qalib gəldi

FHN-in Mülki müdafiə qoşunlarında Anım Günü QEYD EDİLDİ - FOTO

FHN-in Mülki müdafiə qoşunlarında Anım Günü QEYD EDİLDİ - FOTO

"Bağçanın müdiri və yoldaşı uşaqların ərzağını mağazaya qoyub satırlar" - VİDEO

"Bağçanın müdiri və yoldaşı uşaqların ərzağını mağazaya qoyub satırlar" - VİDEO

Kim nə qədər səs toplayıb? - "Qızıl top"un NƏTİCƏLƏRİ

Kim nə qədər səs toplayıb? - "Qızıl top"un NƏTİCƏLƏRİ

Avropa Şurasının Baş katibi: “Prezident İlham Əliyevlə görüşümüz çox uğurlu keçdi”

Avropa Şurasının Baş katibi: “Prezident İlham Əliyevlə görüşümüz çox uğurlu keçdi”

Mehriban Əliyevadan Anım Günü ilə bağlı PAYLAŞIM – FOTO

Mehriban Əliyevadan Anım Günü ilə bağlı PAYLAŞIM – FOTO

İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

Azərbaycanda Anım Günüdür

Azərbaycanda Anım Günüdür

Baş məşqçi zərbə alıb istefa verdi - Məşhur komandanın məşqində DAVA

Baş məşqçi zərbə alıb istefa verdi - Məşhur komandanın məşqində DAVA

Zelenski: “Putin Rusiya ordusunun uğurları barədə digər liderlərə yalan danışır”

Zelenski: “Putin Rusiya ordusunun uğurları barədə digər liderlərə yalan danışır”

Oktyabr çağırışı üzrə xidmət yerləri AÇIQLANDI

Oktyabr çağırışı üzrə xidmət yerləri AÇIQLANDI

Qubada AĞIR QƏZA: Ölən və yaralı var - ÖZƏL/FOTO

Qubada AĞIR QƏZA: Ölən və yaralı var - ÖZƏL/FOTO

Rəsmi Moskva HƏDƏLƏDİ: Rusiyaya qarşı düşmən addımların adekvat cavabı olacaq

Rəsmi Moskva HƏDƏLƏDİ: Rusiyaya qarşı düşmən addımların adekvat cavabı olacaq

Xatirə: “Birinci yerdə həyat yoldaşımdır, sonra anam-atam” - VİDEO

Xatirə: “Birinci yerdə həyat yoldaşımdır, sonra anam-atam” - VİDEO

"Qarşıdakı matçı düşünsək, oyunumuz alınmaz" - Qurban Qurbanov

"Qarşıdakı matçı düşünsək, oyunumuz alınmaz" - Qurban Qurbanov

Tibbdə yeni İNQİLAB - Saç telindən incə mikromotorlar hazırlandı

Tibbdə yeni İNQİLAB - Saç telindən incə mikromotorlar hazırlandı

Bakının bir rayonunda İŞIQ OLMAYACAQ

Bakının bir rayonunda İŞIQ OLMAYACAQ

"Ovusu paltardəyişmə otağında ağlayırdı" - Sxadadze

"Ovusu paltardəyişmə otağında ağlayırdı" - Sxadadze

Şahbaz Şərif BMT kürsüsündən Azərbaycana TƏŞƏKKÜR ETDİ

Şahbaz Şərif BMT kürsüsündən Azərbaycana TƏŞƏKKÜR ETDİ

Aİ 19-cu sanksiyalar paketinə rus diplomatları da daxil edəcək

Aİ 19-cu sanksiyalar paketinə rus diplomatları da daxil edəcək

Yanğın təhlükəsinə görə restoranın fəaliyyəti DAYANDIRILDI - FOTO/VİDEO

Yanğın təhlükəsinə görə restoranın fəaliyyəti DAYANDIRILDI - FOTO/VİDEO

Qəzadan sonra altı ay komada qalan şəxs VƏFAT ETDİ

Qəzadan sonra altı ay komada qalan şəxs VƏFAT ETDİ

"Neftçi" yeni transferini AÇIQLADI

"Neftçi" yeni transferini AÇIQLADI

End of content

No more pages to load

RADİO