Məşhur amerikalı əyləncə müxbiri, aktrisa və prodüser Zuri Hall və model Kara Del Toro “Oscar” mükafatlandırma gecəsinə Azərbaycan brendinin libası ilə qatılıb.
Bizim.Media xəbər verir ki, “Sophie Couture”dan libas seçən ulduzlar fotolarını “Instagram” hesablarında paylaşıb.
Hər iki məşhur gecədə iştirak edən qonaqlar arasında geyiminə görə seçilənlərdən olublar.
Qeyd edək ki, 28 martda Los-Ancelesdə 94-cü “Oscar” mükafatlandırma gecəsi baş tutub.
Bizim.Media