Xarici İşlər Nazirliyindən Ermənistanın iddialarına CAVAB

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı tamamilə həqiqətdən uzaq və iftira xarakterli bəyanatını qətiyyətlə rədd edirik.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi XİN açıqlama yayıb.

“İlk növbədə, Ermənistan tərəfinə bir daha xatırladırıq ki, Azərbaycanın suveren əraziləri ilə bağlı edilən şərhlər bu ölkənin Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir və beynəlxalq hüquq pozuntusudur. 30 ilə yaxın güc tətbiq etməklə, Azərbaycanın ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayan, bir milyondan çox Azərbaycanlını etnik təmizləməyə məruz qoyaraq öz evlərində yaşamaq hüququndan məhrum edən Ermənistan, görünür beynəlxalq hüquq pozuntusunu bir vərdiş halına gətirib.

Azərbaycanı 2020-ci ilin 9/10 noyabr tarixli üçtərəfli bəyanatı yerinə yetirməməkdə ittiham edən Ermənistan, münaqişənin bitməsi ilə bölgədə yaranan əməkdaşlıq imkanlarına rəğmən, imzalanmış birgə bəyanatın müddəalarını pozmaqla iki ölkə arasında normallaşma prosesinə zərbə vuran tərəfdir.

Məhz Ermənistan post münaqişə mərhələsində Azərbaycana qarşı açıq ərazi iddialarını davam etdirir və bunu, o cümlədən XİN səviyyəsində Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı verdiyi hər bir açıqlamasında gündəmə gətirir.

Məhz Ermənistan, üçtərəfli bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələrinin qalıqlarını hələ də bölgədən çıxarmır. Ermənistan, bəyanatın 6-cı maddəsini pozaraq, Laçın dəhlizi vasitəsilə hərbçilərin bölgəyə göndərilməsini davam etdirir. Bu fakt, beynəlxalq media tərəfindən də öz təsdiqini tapıb.

Xüsusilə vurğulamaq istərdik ki, Azərbaycanın tərəfinin tələbi ölkənin Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarına yox, məhz üçtərəfli bəyanatla nəzərdə tutulduğu kimi, qanunsuz erməni hərbi birləşmələrinin qalıqlarının bölgədən çıxarılmasına aiddir. Ermənistan XİN-in bu məsələni məqsədli şəkildə təhrif edərək “etnik təmizləmə” adı altında təqdim etməyə çalışması, Ermənistanın əsl niyyətini ifşa edir.

30 ilə yaxın Azərbaycanın Naxçıvan Muxtar Respublikasını qaz blokadasında saxlayan, Azərbaycanın Qarabağ bölgəsində ekosid və kultursid törədən və bu ərazilərə beynəlxalq missiyaların səfərlərinin qarşısını alan Ermənistan indi hansı əsaslarla beynəlxalq ictimaiyyətə çağırış edir?!

Saxta ittihamlarla beynəlxalq ictimaiyyətə yalan müraciətlər edən Ermənistan anlamalıdır ki, bölgədə sülh və sabitliyin təmin olunması yalnız üçtərəfli bəyanatın bütün müddəalarının qeyd-şərtsiz icrasından asılıdır.
Ermənistanın birgə bəyanatın əksinə olan digər bütün addımları yalnız sülh quruculuğu prosesinə maneə olacaq.

O ki, qaldı Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlılarına aid məsələlərə, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq açıqlamalarında ətraflı məlumat verilib”, - açıqlamada qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-ın ən böyük innovatorları: Mask, Bezos və Qeyts ilk üçlükdə

ABŞ-ın ən böyük innovatorları: Mask, Bezos və Qeyts ilk üçlükdə

Bir zamanların fenomen hakimi idi, indi “parkovşik” işləyir... – Akif Adıgözəlovla MÜSAHİBƏ

Bir zamanların fenomen hakimi idi, indi “parkovşik” işləyir... – Akif Adıgözəlovla MÜSAHİBƏ

Şahin Şıxlinski bu maddələr üzrə təqsirli bilindi

Şahin Şıxlinski bu maddələr üzrə təqsirli bilindi

Telli Borçalının qardaşı tədbirdə saz çalandan sonra ölübmüş – VİDEO

Telli Borçalının qardaşı tədbirdə saz çalandan sonra ölübmüş – VİDEO

ABŞ Rusiya neftinə qarşı sanksiyaları ləğv edəcəkmi?

ABŞ Rusiya neftinə qarşı sanksiyaları ləğv edəcəkmi?

Qusarda bədbəxt hadisə: 33 yaşlı kişi tüstüdən boğuldu

Qusarda bədbəxt hadisə: 33 yaşlı kişi tüstüdən boğuldu

Neftimiz bahalaşdı

Neftimiz bahalaşdı

Cəlilabadda güclü qar ağacı 60 yaşlı qadının üzərinə aşırdı – VİDEO

Cəlilabadda güclü qar ağacı 60 yaşlı qadının üzərinə aşırdı – VİDEO

İnsanlar ömrü boyu neçə dəfə aşiq olur?

İnsanlar ömrü boyu neçə dəfə aşiq olur?

Avropanın bu şəhərində gecə rahat yata bilməzsiniz – Kiyev siyahıda yoxdur

Avropanın bu şəhərində gecə rahat yata bilməzsiniz – Kiyev siyahıda yoxdur

Alimlərdən şok araşdırma: Burgerlər siqaret qədər təhlükəlidir

Alimlərdən şok araşdırma: Burgerlər siqaret qədər təhlükəlidir

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşdü

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşdü

BMW yüzminlərlə avtomobilini geri çağırır – SƏBƏB

BMW yüzminlərlə avtomobilini geri çağırır – SƏBƏB

“Köhnə qitə”də SAVAŞ HAZIRLIQLARI – ABŞ-dan uzaqlaşma, yoxsa yeni geosiyasi oyun?

“Köhnə qitə”də SAVAŞ HAZIRLIQLARI – ABŞ-dan uzaqlaşma, yoxsa yeni geosiyasi oyun?

Pensiya kapitalı bu qədər ARTIRILDI – DƏQİQ MƏBLƏĞ

Pensiya kapitalı bu qədər ARTIRILDI – DƏQİQ MƏBLƏĞ

Buz meydançasında həyəcanlı anlar– VİDEO

Buz meydançasında həyəcanlı anlar– VİDEO

Elnarə Abdullayeva həyat yoldaşı ilə foto paylaşdı

Elnarə Abdullayeva həyat yoldaşı ilə foto paylaşdı

Elxan Paşayevin ölkədən çıxışı məhdudlaşdırıldı

Elxan Paşayevin ölkədən çıxışı məhdudlaşdırıldı

Trampdan açıqlama: Netanyahu Ağ Evdən “əliboş” qayıtdı

Trampdan açıqlama: Netanyahu Ağ Evdən “əliboş” qayıtdı

Bu BÜRCLƏR 2026-cı ildə ideal cütlük olacaq

Bu BÜRCLƏR 2026-cı ildə ideal cütlük olacaq

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi

Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi

Sumqayıtda yanan evdə meyit TAPILDI

Sumqayıtda yanan evdə meyit TAPILDI

Bundan sonra keçmişinizlə sizi “vura” bilməyəcəklər – Unudulmaq hüququnuz var

Bundan sonra keçmişinizlə sizi “vura” bilməyəcəklər – Unudulmaq hüququnuz var

End of content

No more pages to load

RADİO