Sahibə Qafarova qazaxıstanlı həmkarı ilə görüşdü - FOTO

Martın 28-də Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Respublikasına işgüzar səfəri çərçivəsində Almatı şəhərində bu ölkə Parlamenti Senatının sədri Maulen Aşımbayev ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

M.Aşımbayev ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. O qeyd edib ki, Azərbaycan Qazaxıstan üçün çox mühüm və etibarlı tərəfdaşdır. 

Qazaxıstanlı spiker Azərbaycanın Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində Vətən müharibəsində əldə etdiyi şanlı qələbə və ərazi bütövlüyünü bərpa etməsi münasibətilə bir daha təbriklərini ifadə edərək, bu qələbənin bütün Türk dünyasının qələbəsi olduğunu bildirib. 

Senatın sədri həmçinin işğaldan azad olunmuş ərazilərin bərpası məsələsində Qazaxıstanın istənilən dəstəyi göstərməyə hazır olduğunu qeyd edib. 

M.Aşımbayev cari ilin yanvar ayında ölkəsində baş vermiş faciəvi hadisələr barədə məlumat verərək, göstərilən dəstəyə görə, Azərbaycan xalqına minnətdarlığını ifadə edib.
S.Qafarova Qazaxıstan Senatının sədri ilə bundan əvvəl keçirdiyi görüşləri xatırladaraq aparılan danışıqların qanunverici orqanlarımız arasında münasibətlərin dərinləşməsinə töhfə verdiyini bildirib. Spiker Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi üçün böyük imkanlar yaradan TürkPA çərçivəsində qarşılıqlı fəaliyyəti xüsusilə qeyd edib. 

Milli Məclisin sədri deyib ki, xalqlarımızı ortaq tarix, mədəni və mənəvi dəyərlər birləşdirir. Müstəqillik illərində isə ölkələrimiz arasında münasibətlər daha da dərinləşib. Onun sözlərinə görə, hazırda münasibətlərin hərtərəfli inkişafına dair möhkəm hüquqi baza mövcuddur. 

S.Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə və regionda yaranmış yeni reallıq barədə də məlumat verərək, bildirib ki, Azərbaycan bu qələbə sayəsində öz ərazi bütövlüyünü bərpa edib və işğala son qoyub. Artıq Ermənistanla Azərbaycan arasında münaqişə mövcud deyil. Ölkəmiz hazırda işğaldan azad etdiyi ərazilərinin bərpasını həyata keçirir.

Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan regionda daimi sülh və sabitliyin təmin olunmasını istəyir.

Ölkəmiz bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edir və özünün də ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini tələb edir. 

S.Qafarova deyib ki, Ermənistan yenə də təxribatlarını davam etdirir. Spikerin sözlərinə görə, Üçtərəfli Bəyanatın dördüncü bəndinə əsasən, Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan ərazilərindən tam olaraq çıxarılmalıdır. Lakin təəssüf ki, onlar bu günə qədər bu öhdəliklərini yerinə yetirməyiblər. Əksinə, son dövrlərdə qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribatları daha da artırıb. 

Milli Məclisin sədri deyib ki, Ermənistan regionda yeni reallığı düzgün qiymətləndirməli, sülh və sabitliyin bərqərar olması istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. 

S.Qafarova xatırladıb ki, cari ilin yanvar ayında Qazaxıstanda baş verən faciəvi hadisələr Azərbaycanda da narahatlıqla izlənilib və o, artıq həmin hadisələrin geridə qaldığını, qazax xalqının bütün çətinliklərin öhdəsindən gələcəyinə inamını ifadə edib.
Görüşdə qarşılıqlı maraq doöuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-ın ən böyük innovatorları: Mask, Bezos və Qeyts ilk üçlükdə

ABŞ-ın ən böyük innovatorları: Mask, Bezos və Qeyts ilk üçlükdə

Bir zamanların fenomen hakimi idi, indi “parkovşik” işləyir... – Akif Adıgözəlovla MÜSAHİBƏ

Bir zamanların fenomen hakimi idi, indi “parkovşik” işləyir... – Akif Adıgözəlovla MÜSAHİBƏ

Şahin Şıxlinski bu maddələr üzrə təqsirli bilindi

Şahin Şıxlinski bu maddələr üzrə təqsirli bilindi

Telli Borçalının qardaşı tədbirdə saz çalandan sonra ölübmüş – VİDEO

Telli Borçalının qardaşı tədbirdə saz çalandan sonra ölübmüş – VİDEO

ABŞ Rusiya neftinə qarşı sanksiyaları ləğv edəcəkmi?

ABŞ Rusiya neftinə qarşı sanksiyaları ləğv edəcəkmi?

Qusarda bədbəxt hadisə: 33 yaşlı kişi tüstüdən boğuldu

Qusarda bədbəxt hadisə: 33 yaşlı kişi tüstüdən boğuldu

Neftimiz bahalaşdı

Neftimiz bahalaşdı

Cəlilabadda güclü qar ağacı 60 yaşlı qadının üzərinə aşırdı – VİDEO

Cəlilabadda güclü qar ağacı 60 yaşlı qadının üzərinə aşırdı – VİDEO

İnsanlar ömrü boyu neçə dəfə aşiq olur?

İnsanlar ömrü boyu neçə dəfə aşiq olur?

Avropanın bu şəhərində gecə rahat yata bilməzsiniz – Kiyev siyahıda yoxdur

Avropanın bu şəhərində gecə rahat yata bilməzsiniz – Kiyev siyahıda yoxdur

Alimlərdən şok araşdırma: Burgerlər siqaret qədər təhlükəlidir

Alimlərdən şok araşdırma: Burgerlər siqaret qədər təhlükəlidir

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşdü

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşdü

BMW yüzminlərlə avtomobilini geri çağırır – SƏBƏB

BMW yüzminlərlə avtomobilini geri çağırır – SƏBƏB

“Köhnə qitə”də SAVAŞ HAZIRLIQLARI – ABŞ-dan uzaqlaşma, yoxsa yeni geosiyasi oyun?

“Köhnə qitə”də SAVAŞ HAZIRLIQLARI – ABŞ-dan uzaqlaşma, yoxsa yeni geosiyasi oyun?

Pensiya kapitalı bu qədər ARTIRILDI – DƏQİQ MƏBLƏĞ

Pensiya kapitalı bu qədər ARTIRILDI – DƏQİQ MƏBLƏĞ

Buz meydançasında həyəcanlı anlar– VİDEO

Buz meydançasında həyəcanlı anlar– VİDEO

Elnarə Abdullayeva həyat yoldaşı ilə foto paylaşdı

Elnarə Abdullayeva həyat yoldaşı ilə foto paylaşdı

Elxan Paşayevin ölkədən çıxışı məhdudlaşdırıldı

Elxan Paşayevin ölkədən çıxışı məhdudlaşdırıldı

Trampdan açıqlama: Netanyahu Ağ Evdən “əliboş” qayıtdı

Trampdan açıqlama: Netanyahu Ağ Evdən “əliboş” qayıtdı

Bu BÜRCLƏR 2026-cı ildə ideal cütlük olacaq

Bu BÜRCLƏR 2026-cı ildə ideal cütlük olacaq

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi

Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi

Sumqayıtda yanan evdə meyit TAPILDI

Sumqayıtda yanan evdə meyit TAPILDI

Bundan sonra keçmişinizlə sizi “vura” bilməyəcəklər – Unudulmaq hüququnuz var

Bundan sonra keçmişinizlə sizi “vura” bilməyəcəklər – Unudulmaq hüququnuz var

End of content

No more pages to load

RADİO