Bu gün YUĞ Teatrının mərhum baş rəssamı Rəşid Şerifin anım günüdür.
Bizim.Media xəbər verir ki, YUĞ Teatrının aktrisası Zümrüd Qasımova Rəşid Şerifin məzarını ziyarət edib.
İki il əvvəl dünyasını dəyişən rəssamın xatirəsini yad edən aktrisa Zümrüd Qasımova, ustadı Vaqif İbrahimoğlunun xatirəsini də əziz tutub.
Belə ki, Rəşid Şerif YUĞ Teatrının yaradıcısı Vaqif İbrahimoğlunun kiçik qardaşı olub. Rəşid İbrahim oğlu Həsənov (Rəşid Şerif) 1953-cü il sentyabrın 29-da Mərdəkanda doğulub. Azərbaycanın tanınmış karikaturaçı rəssamı, YUĞ Teatrının baş rəssamı, Respublikanın Əməkdar rəssamı olub.
O 1989-cu ildən ömrünün sonunadək, qardaşı Vaqif İbrahimoğlunun yaratdığı YUĞ Teatrında çalışıb.
2020-ci il martın 26-da uzun sürən ağır xəstəlikdən sonra, 66 yaşında vəfat edib. Vaqif İbrahimoğlu ilə yanaşı ailə qəbiristanlığında dəfn edilib.
Ülviyyə Həsənqizi, Bizim.Media