Hazırda MTV-də "Tarixin bir günü" verilişində aparıcılıq edən prodüser Tarix Əliyev (Tolik) yeni mövsümdən sosial veriliş aparacaq.
Bizim.Media xəbər verir ki, prodüser bu barədə “Instagram” səhifəsində məlumat verib.
“Neçə ildir, şou xarakterli layihənin aparıcısıyam. Yeni mövsümdən özümü sosial verilişin aparıcısı kimi sınamaq istəyirəm. Çünki verilişlərimdə həyata keçirdiyim sosial layihələr hər zaman uğurlu olub".
Bizim.Media