Bu ilin yanvar-fevral aylarında Azərbaycanda özəl sektora kredit qoyuluşlarının həcmi 3,3% artaraq martın 1-nə 15,953 mlrd. manat təşkil edib. İllik müqayisədə bu göstərici 24,3% artıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Azərbaycan Mərkəzi Bankı yayıb.
Mənbə qeyd edir ki, bu, iqtisadiyyata cəmi kredit qoyuluşlarının 94,4%-ni təşkil edir və ilin əvvəlindən 0,2 faiz bəndi çoxdur.
Özəl sektora verilən kreditlərin 56,1%-i ev təsərrüfatlarının payına düşüb.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun (BVF) gözləntilərinə görə, bu il Azərbaycanda özəl sektora kredit qoyuluşlarının həcmi 9,1% artacaq.
Bizim.Media