Azərbaycanda Braziliya filmləri hər zaman xüsusi rəğbətlə qarşılanıb.
Bizim.Media xəbər verir ki, martın 30-dan aprelin 3-dək Bakıda Braziliya Film Festivalı keçiriləcək.
Azərbaycanla Braziliya arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Nizami Kino Mərkəzində keçiriləcək Bakı Braziliya Film Festivalında 4 bədii və 1 sənədli filmin nümayişi nəzərdə tutulub.
Qeyd edək ki, Bakı Braziliya Film Festivalı Mədəniyyət Nazirliyi və Braziliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilir.
Bizim.Media